EN

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nizamnamə kapitalı artırılır – Sərəncam

Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.


Ekologiya.az  xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması məqsədilə limanın genişləndirilməsi üçün 2-ci fazasının tikintisi üzrə xüsusi layihə idarəetmə ofisinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan nizamnamə kapitalının artırılması üçün 20 milyon manat vəsait “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Chosen
18
49
ekologiya.az

10Sources