EN

Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə olub - YENİLƏNİB

"Bu gün təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər. Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar".

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompyuterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsinin zəhərlənmə faktı ilə bağlı "Report"un sorğusuna cavab olaraq bildirilib.

"Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar. Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.

Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib.

Hazırda vəziyyətləri qənaətbəxşdir. Təhlükə sovuşub", - açıqlamada deyilir.

17:39

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayonda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.

Chosen
5
6
ucnoqta.az

10Sources