Prezident İlham Əliyev qızları Leyla və Arzu Əliyevaları nəvələri Mikayıl və Əli Ağalarovlar təltif edib
Bu barədə sosial şəbəkə hesablarında maraqlı paylaşım ediblər.
XALQ.AZ xəbər verir ki, onlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə təltif olunublar.
Prezident “Təşəkkürnamə”ləri onlara şəxsən təqdim edib.
Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən L. Əliyeva “şadam ki, COP29-da, bir çoxları kimi, mənim də əməyimə yüksək qiymət verilib”, A. Əliyeva isə “sevinirəm ki, COP29-da mənim də zəhmətim diqqətə layiq görülüb və yüksək qiymətləndirilib” şərhini yazıb.
M.Ağalarov paylaşdığı fotoya “COP29-da könüllü olduğum üçün qürur duyuram”, Ə.Ağalarov isə “COP29-da iştirak gözəl təcrübə idi” şərhini yazıb.