EN

"Əl boyda" uşağını döyüb öldürən ana və sevgilisinin cəzası bəlli oldu - FOTO

Türkiyənin Antalya şəhərində 1 yaşlı Toprak adlı uşaq "divandan düşdü" deyə xəstəxanaya gətirildikdən sonra həyatını itirmişdi.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, zərbələr nəticəsində öldüyü müəyyən edilən uşağın anasına və sevgilisinə ağırlaşdırılmış həbs cəzası verilib. Hakimlər təqsirləndirilənlərin peşmanlıq bildirməməsi səbəbindən cəzada azalma tətbiq etməyiblər.

Beləliklə, ana və birlikdə yaşadığı şəxs ağırlaşdırılmış həbs cəzası alıb.

Antalya 3-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilənlər Aygül Ç. və Ahmet Ö. iştirak ediblər. Son sözünü deyən təqsirləndirilən ana Aygül Ç. əvvəlki müdafiələrini təkrarlayaraq, eşitmə çətinliyi olduğu üçün kifayət qədər özünü ifadə edə bilmədiyini irəli sürüb.

Yazılı müdafiəsini məhkəməyə təqdim edən Aygül Ç. "Mən uşağıma heç bir zərər vermədim, ittihamları qəbul etmirəm, bəraətimi tələb edirəm" deyib. Təqsirləndirilən Ahmet Ö. isə hadisə günü işdə olduğunu və uşağa heç bir şey etmədiyini iddia edərək, o da bəraət istəyib.

Məhkəmə heyəti qərarını açıqlayaraq, təqsirləndirilən ana Aygül Ç.-ni "azyaşlı birini qəsdən öldürmə", Ahmet Ö.-nü isə "uşağa və ya özünü müdafiə edə bilməyən şəxsə qarşı qəsdən öldürmə" cinayətindən ağırlaşdırılmış həbs cəzasına məhkum ediliblər. 

Qeyd edək ki, Antalyanın Aksu rayonu Cihadiye Mahallesində yaşayan Aygül Ç. 2023-cü il 18 iyulda bir yaşlı oğlu Toprağı Aksu Semt Poliklinikasına gətirmiş və divandan düşdükdən sonra belə halda olduğunu bildirmişdi. Bədənində döyülmə izləri olan uşaq poliklinikada göstərilən yardıma baxmayaraq həyatda qala bilməmişdi.

Antalya Ədli Tibb İnstitutunda edilən autopsiyadan sonra Aygül Ç. və birlikdə yaşadığı Ahmet Ö. həbs olunmuşdu.

Hüseyn 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
24
50
milli.az

10Sources