EN

Təhlükəsizlik əməliyyatları mərkəzinin mütəxəssisi - VAKANSİYA

"PAŞA Technology” MMC, Təhlükəsizlik əməliyyatları mərkəzinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • "PAŞA Technology" MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi.
  • Data Mərkəzlərində tətbiq olunan videomüşahidə sistemlərinə müvafiq operativ-texniki müdaxilənin edilməsi.
  • Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi.
  • Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması.
  • Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi. 
  • Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması.
  • Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilmiş cihazlarla bağlı texniki yardım barədə sorğuların cavablandırılması.
  • Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi.
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi.
  • Bədbəxt hadisələri informasiya təhlükəsizliyi qrupunun rəhbərinə və baş icraçı direktora məruzə edilməsi.
  • TYCO, Bosch FSS və digər yanğınsöndürmə vasitələri ilə işləməsi.

Tələblər:

Təhsil:

  • Müvafiq istiqamət üzrə Ali təhsil;

Təcrübə:

  • Təhlükəsizlik əməliyyatları istiqaməti üzrə 3 il iş təcrübəsi;

 Kompüter Bilikləri:

  • "Microsoft Office" proqramlarından istifadə bacarıqları;
  • Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə bilik;
  • Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;

Dil bilikləri:

  • İngilis dili - Yaxşı
  • Azərbaycan dili - Ana dili
  • Rus dili – Yaxşı

Fərdi bacarıqları Davranışlar:

  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: 
  • Əməliyyatların keyfiyyətini təmin etmək;
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni talents@pasha-technology.com  elektron poçt ünvanına göndərə bilərlər.   

Zemfira Ms
Fins.az

Chosen
22
50
fins.az

10Sources