Ukrayna dondurulmuş Rusiya aktivlərindən ilk vəsaiti əldə edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.
"Ukrayna ABŞ-dən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş 1 milyard dollar alıb", - deyə Şmıqal bildirib.
Baş nazir Kiyevin göstərilən məbləğin digər hissələrini nə vaxt alacağını dəqiqləşdirməyib.
Dekabrın 20-də məlum olub ki, Ukrayna Moskvanın dondurulmuş aktivlərindən vəsait əldə etməyə imkan verən müqavilələr imzalayıb. Şmıqal qeyd edib ki, dondurulmuş aktivlərin istifadəsi mexanizmi çərçivəsində ABŞ-nin qarşıdan gələn töhfəsi üçün Dünya Bankı tərəfindən geri qaytarılmayan qrant şəklində 1 milyard dollar ayrılacaq.