EN

Türkiyə limanları ilə 27 milyon tondan çox xam neft daşınıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından ümumilikdə 27 milyon 395 min 977 ton xam neft daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlik bildirib ki, daşınan yüklərin 2 milyon 770 min 45 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 24 milyon 625 min 932 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

Həmçinin, bu ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından tranzit olaraq 57 min 643 ton xam neft daşınıb.

2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu dövr ərzində, Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib, digər ölkələrin bayraqları altında gəmilərlə isə yük daşınması 30 milyon 33 min 971 ton olub.

Bundan əlavə, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton, digər ölkələrin bayraqları altında isə 336 milyon 353 min 21 ton olub.

Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb.

Noyabr ayında, Türkiyə limanları ümumilikdə 4 min 373 gəmi qəbul edib. Bu müddət ərzində, digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 min 407 olub. 2024-cü ilin yanvar-noyabr aylarında isə Türkiyə limanları 56 min 86 gəmi qəbul edib.

Fuad Mədətov
Fins.az

Chosen
4
49
fins.az

10Sources