EN

Paşinyan: “Danışıqların ancaq bir nəticəsi ola bilərdi – Qarabağın Azərbaycana qaytarılması”

“Danışıqların yalnız bir nəticəsi ola bilərdi – Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması”.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”dakı səhifəsində yazıb.

“Beləliklə, 1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. Yəni, danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.

Biz bunu etmədik və yuxarıda göstərilən danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirən beynəlxalq ictimaiyyət müharibəyə belə ciddi müqavimət göstərmədi. Reallıq budur, əziz xalqım”, – Paşinyan yazıb.

Chosen
8
13
editor.az

10Sources