Sumqayıtda 17 yaşlı oğlanın faciəli ölümünün bəzi detalları məlum olub.
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunda yerləşən "Qızlar Bulağı" kafesində qeydə alınıb.
Masallı rayonunun Boradigah qəsəbəsindən buraya istirahətə gələn gəncin dəm qazından boğularaq öldüyü bildirilir.
Ətraflı süjetdə:
***
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü İslam Vahid oğlu Qurbanov hamamda dəm qazından boğulub.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.