EN

Paris Hilton yeni imici ilə pərəstişkarlarını şoka saldı

Məşhur aktrisa, model və müğənni Paris Hilton öz görünüşünü kökündən dəyişib, bununla da pərəstişkarlarını heyrətə gətirib.

hakimiyyet.az-ın verdiyi məlumata görə, "Daily Mail" bununla bağlı kadrlar paylaşıb.

Paparatsilər ulduzu əri, biznesmen Karter Reumla Beverli-Hilzin elit rayonunda alış-veriş edərkən çəkiblər. Görüntülərdən aydın olur ki, hər zaman sarışın saçları ilə tanınan Hilton ictimaiyyət qarşısına qaraşın obrazında çıxıb.

Onun yeni imici ulduzun pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri Hiltonu bu cəsarətli dəyişimi münasibətilə təbrik edib, digərləri isə sarı saçları onun əsl obrazı olduğunu bildiriblər.

Qeyd edək ki, Paris Hilton Karter Reumla 2021-ci ilin noyabrında evlənib. 2023-cü ilin yanvarında onlar ailələrinin böyüdüyünü elan ediblər - surroqat anadan oğlanları Feliks dünyaya gəlib. Elə həmin ilin noyabrında Paris Hilton və Karter Reumun London adlı qızı doğulub. Buna baxmayaraq, 41 yaşlı Paris Hilton ictimaiyyəti təəccübləndirməyə davam edir. Dekabr ayının əvvəlində o, tamamilə çılpaq provokativ fotosessiyada iştirak edib. Onun obrazını yalnız parlaq hündür dabanlı uzunboğaz çəkmələr və sırğalar tamamlayıb.

Chosen
19
1
hakimiyyet.az

10Sources