EN

Beynəlxalq Bankın 100 milyon manatlıq istiqrazlarına 9 investordan 9 sifariş oldu - HƏRRACIN NƏTİCƏSİ

24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır. 

Birjanın yaydığı məlumata görə, istirazlara 9 investor tərəfindən 9 sifariş təqdim olunub. İstiqrazlar  tam həcmdə yerləşdirilib.

İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:

Emitentin adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002004581

İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli

İstiqrazların sayı: 1 000 000 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 100 000000 manat

İllik gəlirlilik faizi: 11%

Minimal qiymət: 100 (11.00%) manat

Maksimal qiymət: 100 (11.00%) manat

Kəsmə qiyməti: 100 (11.00%) manat

Ortaçəkili qiyməti: 100 (11.00%) manat

İstiqrazların reallaşdırılmış həcmi: 100 000 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 100 000 000 manat

İnvestor sayı: 9

Sifariş sayı: 9

Ödəmə Periodu: ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 (üç) təqvim ayından bir

Tədavül müddəti: 24 ay

Anderrayter: “ABB-İnvest İ.Ş” QSC

Chosen
41
marja.az

1Sources