EN

Əsəbləri sakitləşdirir, qocalmanı gecikdirir

Lobya sağlamlıq üçün vacib olan vitaminlərlə zəngin tərəvəzdir.

“Qafqazinfo” xəbər verir ki, lif, vitamin və minerallarla zəngin olan lobya həzm sağlamlığını dəstəkləyir, hüceyrə zədələnməsini azaldan antioksidanlar ehtiva edir.

Lobyadan müntəzəm istifadə pis xolesterinin səviyyəsini aşağı salır və ürək xəstəliyi riskini azaldır. Tərkibində ürək ritmini dəstəkləyən və qan təzyiqini tənzimləyən kalium və maqnezium mineralları var. Zəngin flavonoid quruluşu ilə iltihabı azaldır, ürək və beyin sağlamlığına töhfə verir.

Lobya həzm sisteminin nizamlı işləməsini təmin edir və qəbizlik kimi problemlərinin qarşısını alır. Buna görə də bağırsaq sağlamlığı üçün çox vacib bir tərəvəzdir.

Yaşıl lobya bədəni sərbəst radikallardan qoruyan güclü antioksidantlarla zəngindir. Tərkibindəki maddələr xərçəng, ürək xəstəlikləri və qocalma əlamətlərinə qarşı qoruyucu təsir göstərir.

Lobya immuniteti gücləndirən və dəri sağlamlığını dəstəkləyən yüksək miqdarda C vitamini ehtiva edir. Bu vitamin həm də dəri sağlamlığının qorunmasına kömək edir.

Lobya çox aşağı kalorilidir və yüksək lif tərkibi sayəsində çəkini idarə etməyə kömək edir. Tərkibindəki lif toxluq hissi yaradır və daha uzun müddət tox qalmağa kömək edir. Beləliklə, çəki atmaq üçün də faydalıdır.

Həmçinin ağciyər xəstəliklərinə xeyirlidir.

Araşdırmalara görə, lobya istehlak edən insanların əsəbləri sakit olur.

Bu tərəvəz K vitamini ilə zəngindir və sümük sağlamlığını dəstəkləyir. Böyümə çağında olan uşaqlar üçün lobya istehlakı gələcəkdə sümük xəstəliklərinin qarşısını almaq üçün çox vacibdir.

Yaşıl lobya xüsusilə yaşlandıqca ortaya çıxan göz xəstəliklərinin qarşısının alınmasında əhəmiyyətli təsirlərə malikdir. Tərkibindəki karotenoidlər sayəsində görmə problemlərinə səbəb olan makula degenerasiyasına qarşı qoruyucu təsir göstərir.

İrəli yaşlarda meydana gələ biləcək göz xəstəliklərinə qarşı erkən tədbir görülməsi üçün uşaqlıqdan başlayaraq yaşıl lobya istehlakına əhəmiyyət verilməlidir.

Lobya bədən və zehni yorğunluğu aradan qaldırmağa kömək edir. Böyrəklərdəki daşların tökülməsində faydalıdır.

Lobya kollagen dəstəyi təmin edir və A vitamini ilə birlikdə dəri problemləri riskini azaltmağa yardımçı olur.

Chosen
7
3
azpost.info

4Sources