EN

Müəllimdən ALÇAQ HƏRƏKƏT: 13 yaşlı məktəbli qızların...

Bu gün, 08:40

Honq-Konqda bir müəllim məktəbli qızları qeyri-qanuni olaraq videoya çəkdiyinə görə 6 ay həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
26 yaşlı Çan Yuetak yanvar və fevral aylarında törətdiyi cinayətlərə görə mühakimə olunub.
İstintaq müəyyən edib ki, o, tələbələr lövhədə cavab verərkən onların ətəyi altında gizli videolar çəkirmiş.
Ümumilikdə onun əməlindən 13 yaşlı dörd məktəbli qız zərər çəkib. Yuethak onlardan birini iki dəfə lentə alıb.
Məhkəmə sənədlərində deyilir ki, müəllim cavab verən tələbələrin arxasında oturaraq və guya "təbaşir düşür" və ya "ayaqqabı bağı bağlayır" kimi bəhanələr uyduraraq video çəkməsi üçün şərait yaradıb.
Dərslərin birində tələbə Yuetakın qəribə davranışını görüb və bundan sonra onun əməlinin üstü açılıb.
Faktla bağlı istintaq davam edir.

Chosen
6
3
Reportyor.tv

4Sources