Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.11 ABŞ dolları, yaxud da 1.49% artaraq 75.37 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 1.25 ABŞ dolları və ya 1.73% artaraq 73.17 ABŞ dolları təşkil edib.