Bakı. Trend:
Bu ilin yanvar-noyabr ayında Türkiyə limanlarından 8 milyon 888min 732 ton kimyəvi məhsul daşınıb.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazilikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 206 min 280tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 7 milyon 682 min 92tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlədaşınıb.
“Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından tranzitolaraq 352 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdənbildiriblər.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32milyon 470 min 94 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 30 milyon 33 min 971 ton olub”, – deyənazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından5 milyon 956 min 963 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- noyabraylarında Türkiyə limanları 363 milyon 841 min 53 ton yük qəbuledib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min32 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 353 min 21 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarındaTürkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yükdaşınıb.
Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 373gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə min 407 olub.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyəbayrağı altında olan gəmilər isə 19 min 536 olub”, – deyənazirlikdən bildirilib.