EN

Bu şəxslərin maaşı artırıldı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15% artırılıb.

Gundem.az xəbər verir ki, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.

Əmrə əsasən, əmək haqqı artımı fevralın 1-dən tətbiq olunub, həm üzən, həm də sahil heyətin məvaciblərinə şamil edilib.

ASCO-nun mətbuat katibi Mehman Mehdiyev faktı təsdiq edib. /Report

Chosen
19
12
gundem.az

10Sources