EN

Tovuzda peşə məktəbində zəhərlənənlərin vəziyyəti açıqlanıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub...

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

"8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 5 nəfər ambulator müalicə almaq üçün evə buraxılıb. 3 nəfərin isə müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir".

Poliqon.info

Chosen
7
8
poliqon.info

10Sources