Dekabrın 24-də Tovuzda peşə məktəbində zəhərlənənlərdən 5 nəfər ambulator müalicə almaq üçün evə buraxılıb.
Oxu24.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 3 nəfərin isə müalicəsi yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub. 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib”, - deyə məlumatda qeyd edilib.