EN

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq,  yenidən qurulan Cəbrayıl şəhərinə yola salınıb.

Korrespondent.az bildirir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 49 ailə - 253 nəfər köçürülüb. 

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 30 mindən çox insan yaşayır.

Chosen
7
49
korrespondent.az

10Sources