EN

Türkiyə Hələbdə konsulluq açır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Hələbdə baş konsulluğunun tezliklə açılacağını və Ankaranın Suriyanın yeni hakimiyyət orqanlarına bütün sahələrdə dəstəyini davam etdirəcəyini bildirib.

News24.az xəbər verir ki, bu barədə Ərdoğan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında deyib.

“Dəməşqdəki səfirliyimizi yenidən açmışıq və tezliklə Hələbdə baş konsulluğumuzu açacağı. Biz görürük ki, Suriyanın yeni administrasiyasının lideri prosesə çox yaxşı rəhbərlik edib və onun mülayimliyi və konstruktivliyi yüksək qiymətləndirilib. Biz Suriyaya lazım olan hər şeydə dəstək verəcəyik: enerjidən təhsilə və səhiyyəyə, təhlükəsizlikdən ticarətə qədər biz yeni hakimiyyətə kömək edəcəyik ki, Suriya bərpa olunsun, öz potensialını gücləndirsin və dövlət qurumlarının yenidən öz əsas vəzifələrini yerinə yetirməsinə imkan versin”, - Ərdoğan bildirib.

Aynurə



Chosen
9
5
news24.az

10Sources