EN

Bakıda ərzaq bahalaşıb - ticarət dövriyyəsi 5% artıb

2024-cü ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 5 faiz artaraq 31 milyard 599 milyon manat olub.
 
Moderator.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz arıb.
 
Əhaliyə 17 milyard 936,7 milyon manat dəyərində ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
 
Ticarət dövriyyəsində qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz artaraq 13 milyard 662,3 milyon manata bərabər olub.
 
İstehlak məhsullarının 35,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
 
Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq məhsul satılıb. Bunun 29 milyard 534,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatını qeyri-ərzaq malları təşkil edib. Nəzərə alsaq ki, hesabat dövründə ölkə üzrə 53 milyard 867,7 milyon manatlıq məhsulun 31 milyard 599 milyon manatı elə paytaxtda realizə edilib, bu, dövriyyənin əsasən Bakıda formalaşdığını söyləməyə əsas verir.
 
Chosen
5
8
moderator.az

10Sources