EN

Lüks brend Azərbaycanda da fəaliyyətə başlayıb

Lüks brend BORK Azərbaycanda fəaliyyətə başlayıb. 20 ildən artıq tarixi olan beynəlxalq brend rahat həyat üçün eksklüziv əl işləri ilə hazırlanmış ev aksesuarları və premium məişət texnikası təklif edir.

Brend modellər dünyaşöhrətli dizaynerlər tərəfindən hazırlanaraq Koreya, Yaponiya, Çin, Almaniya, İtaliya, Fransa, İsveçrə və digər ölkələrdəki ən qabaqcıl müəssisələrdə istehsal olunur. Hər bir məhsul estetika və innovasiyanın mükəmməl birləşməsini özündə əks etdirərək ev kolleksiyasına unikal rahatlıq gətirir.

BORK-un kolleksiyası dünyanın müxtəlif ölkələrində 80-dən çox ekslüziv butikində nümayiş olunur. Məhsul çeşidi 7 kateqoriyanı əhatə edir: Mətbəx, Ev, Gözəllik və Sağlamlıq, Açıq hava, “BORK Home”, “BORK Voyage” və “BORK Interior”.

BORK bu il Bakıda yeni brend butikini açaraq dəbdəbə və eksklüzivlik dünyası ilə tanış olma imkanı təqdim edir. Azərbaycan brendin qlobal miqyasda mövcud olduğu yeddinci ölkədir.

Butik Bakının mərkəzi prospektlərindən biri olan Rəşid Behbudov küçəsində yerləşir. Butikin dizaynı Amerikan qoz ağacı, təbii dəri və latun kimi xüsusi seçilmiş materiallar və zərif rəng palitrası ilə birləşdirilərək BORK-un vizual kodlarını əks etdirir.

BORK Azərbaycan lüks
Chosen
20
marja.az

1Sources