EN

Azərbaycan çempionatlarında 1 dəqiqəlik sükut olacaq, musiqi səslənməyəcək

Azərbaycan Basketbol Liqasının IX turu çərçivəsində bu gün keçiriləcək qarşılaşmalar və güləş üzrə ölkə çempionatının final görüşləri bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə İdman.biz-ə hər iki federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün baş vermiş təyyarə qəzasında həlak olanların ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Hər iki yarışda musiqi səsləndirilməyəcək. Həmçinin basketbol oyunlarında fasilə zamanı dəstək qrupu da çıxış etməyəcək.

Qeyd edək ki, “Sərhədçi” İdman Mərkəzində “Ordu” “Lənkəran”la “Neftçi” “Sərhədçi” ilə üz-üzə gələcək. Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında isə 5 çəkidə qaliblər bəlli olacaq.

Aytac Sahəd
İdman.biz

Məqalədə:
Chosen
22
1
idman.biz

2Sources