Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Mia.az xəbər verir ki, o bunu Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinin əvvəlində bildirib.
"MDB dövlət başçıları adından həlak olanların ailələrinə və bütün yaralılara başsağlığı vermək istəyirəm", - Rusiya Prezidenti bildirib.
"Ümid edirik ki, yaralananlar tezliklə sağalacaq və əminəm ki, hərtərəfli təhqiqat aparılacaq. Biz bu faciə ilə bağlı bütün məsələlərdə aviasiya xidmətlərimizin işini razılaşdıracağıq", - o bildirib.