EN

Putin: Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

O bunu Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinin əvvəlində bildirib.

"MDB dövlət başçıları adından həlak olanların ailələrinə və bütün yaralılara başsağlığı vermək istəyirəm", - Rusiya Prezidenti bildirib.

O qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə razılaşma əsasında Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Aktauya uçub.

Chosen
6
19
aznews.az

10Sources