Gürcüstan Xarici İşlər Nazirliyi AZAL-a məxsus sərnişin təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Missiya.Az xəbər verir ki, bu barədə nazirlik özünün "X" sosial media hesabında paylaşım edib.
"Onlarla insanın həyatına son qoyan sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq. Biz Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralananların tezliklə sağalmasını arzulayırıq", - deyə vurğulanıb.
Â
Daşqın HəsənovMissiya.Az