EN

Çempion üç komandadan biri olacaq - İCMAL

Argentina çempionatının 26-cı turunda qeydə alınan nəticələrdən sonra çempionluq yarışında vəziyyət dəyişdi. “Veles Sarsfild”in uduzması və “Talyeres de Kordoba”nın qələbə qazanması mövsümün finişi ərəfəsində turnir cədvəlində ikihakimiyyətlilik yaratdı. Başqa sözlə, çempion sonuncu turda müəyyənləşəcək.

Finiş ərəfəsində çox sayda xal itirməsi “Veles Sarsfild”in uzun müddət göründüyü liderlik mövqeyinin bir qədər zəifləməsinə səbəb olmuşdu. Əvvəlki 6 oyunda yalnız 1 qələbə qazanıb 4 dəfə heç-heçəyə razılaşan Qustavo Kinterosun komandası azarkeşlərini yenə məyus etdi. Paytaxt komandası səfərdə “Union”dan xal ala bilmədi. Lider oyun planında azacıq üstünlüyünə baxmayaraq, qapıya rəqibi kimi 6 dəqiq zərbə endirdi. Fərq onda oldu ki, meydan sahiblərinin uruqvaylı qapıçısı Kardoso bütün zərbələri dəf etdi. “Veles”in qapıçısı Markyori isə öz oyundaşı tərəfindən məyus edildi: 54-cü dəqiqədə topa uğursuz müdaxilə edən Elias Qomes onu öz komandasının qapısına yönəltdi. Qalan vaxtda hesab dəyişmədi və minimal hesabla uduzan lider sonuncu tur ərəfəsində çempionluq şansını təhlükə altına saldı.

Tura liderdən 3 xal geri qalmaqla 2-ci yerdə başlayan “Talyeres de Kordoba” ələ düşən fürsətdən maksimum yararlandı. “Ximnasiya”nı səfərdə minimal hesabla məğlub edən Aleksander Medinanın komandası finiş ərəfəsində lider ilə xallarını bərabərləşdirdi. Qələbə seriyasını 5 oyuna çatdıran kordobalılar “Veles Sarsfild”dən yalnız topların fərqinə əsasən geri qalırlar.

Tura hərəyə 43 xalla başlayan komandalar fərqli nəticələr göstərdilər. “Rasinq” səfərdə “Sentral Kordoba”ya 1:3 hesabıyla məğlub olaraq 3-cü yerdən 5-ə gerilədi. Avelyanedalılar mövsümü bürünc medallarla başa vurmaq şansını çətinə saldılar. “Atletiko Urakan” isə evdə “Platense”ni bir qolla üstələməklə 3-cü yerə çıxdı. Frank Kudelkanın komandası finiş ərəfəsində çempionluq şansını qorudu. Bunun üçün sonuncu turda “Veles Sarsfild”i səfərdə məğlub etmək tələb olunur. İkinci vacib şərt isə “Talyeres de Kordoba”nın evdə “Nyuellz Old Boyz”a uduzmasıdı. Göründüyü kimi, 27-ci tur üç komandanın azarkeşləri üçün çox həyəcanlı keçəcək.

Hesabat turu Argentinanın iki nəhəng klubu üçün uğurlu alındı. Hərçənd “River Pleyt” finişə iki tur qalmış çempionluq titulunu itirməklə azarkeşlərini məyus etmişdi. Marselo Qalyardonun komandası uğursuz keçən mövsümün acığını “Rosario Sentral”ı darmadağın etməklə çıxdı – 4:0. “Milyonçular” mövsümü ən yaxşı halda bürünc mükafatçı kimi başa vura bilərlər. Amma bu şans da cüzi görünür.

Finişə üç tur qalmış çempionluq şansını itirən “Boka Xuniors” da tərəfdarlarına təsəlli qələbəsi bəxş etdi. Fernando Qaqonun oktyabrda baş məşqçi postuna təyinat aldığı komanda “Nyuellz Old Boyz”dan maksimum xal alsa da, mövsümü ən yaxşı halda 4-cü yerdə başa vura bilər.

26-cı tur
Union - Veles Sarsfild 1:0
E.Qomes, 54-öz qapısına.
Ximnasiya - Talyeres de Kordoba 0:1
Bartissiotto, 80.
Sentral Kordoba - Rasinq 3:1
Kabral, 28. Anqulo, 45+2; 51 – Qarsiya Basso, 61.
Atletiko Urakan - Platense 1:0
E.Ramires, 78.
River Pleyt - Rosario Sentral 4:0
Solari, 45+2; 71. Borxa, 69. Q.Martines, 90-p.
Nyuellz Old Boyz - Boka Xuniors 0:1
Senon, 55.
İndependyente - Atletiko Tukuman 2:1
Avalos, 14-p. Loyola, 75 – Baxamiç, 65.
Deportivo Riestra - Barrakas Sentral 0:0
Sarmyento - Defensa y Xustisiya 1:1
Morales, 26 – Şamine, 32.
Lanus - İnstituto 2:0
X.Torres, 52. Akino, 74.
Qodoy Krus - Banfild 4:0
S.Rodriges, 3. X.Peres, 48. Mendosa, 68; 78.
Tiqre - İndependyente Rivadaviya 0:2
Studer, 22; 69.
Belqrano - Estudiantes 2:2
F.Xara, 17. Reyna, 88 – Mesa, 42. Askasibar, 61.
Arxentinos Xuniors - San Lorenso 1:0
Romanya, 7-öz qapısına.

1. Veles Sarsfild 26 13 9 4 36-16 48
2. Talyeres de Kordoba 26 13 9 4 33-24 48
3. Atletiko Urakan 26 12 10 4 28-16 46
4. River Pleyt 26 11 10 5 38-20 43
5. Rasinq 26 13 4 9 41-30 43
6. Boka Xuniors 26 11 8 7 30-23 41
7. İndependyente 26 9 12 5 25-17 39
8. Union 26 11 6 9 27-26 39
9. Atletiko Tukuman 26 10 7 9 26-27 37
10. İndependyente Rivadaviya 26 10 7 9 23-25 37
11. İnstituto 26 10 6 10 31-28 36
12. Platense 26 9 9 8 19-18 36
13. Estudiantes 26 8 11 7 34-32 35
14. Belqrano 26 8 11 7 32-30 35
15. Lanus 26 8 11 7 25-28 35
16. Deportivo Riestra 26 8 10 8 26-27 34
17. Qodoy Krus 26 7 11 8 28-27 32
18. Ximnasiya 26 8 8 10 21-22 32
19. Tiqre 26 7 10 9 26-30 31
20. Sentral Kordoba 26 8 7 11 29-34 31
21. Defensa y Xustisiya 25 7 9 9 26-32 30
22. Rosario Sentral 26 7 8 11 25-29 29
23. San Lorenso 26 7 8 11 20-25 29
24. Arxentinos Xuniors 26 8 5 13 20-26 29
25. Sarmyento 26 5 10 11 17-27 25
26. Nyuellz Old Boyz 26 6 7 13 19-34 25
27. Banfild 26 5 8 13 21-35 23
28. Barrakas Sentral 26 4 10 12 12-30 22

Bombardirlər: F.Xara (Belqrano) - 13, B.Romero (Veles Sarsfild) - 12, Borxa (River Pleyt) - 11, M.Ximenes (Boka Xuniors) - 10, Avalos (İndependyente), X.Errera (Deportivo Riestra), Pelleqrino (Platense) - 9.

Chosen
12
2
football-plus.az

4Sources