Ermənistanda 44 günlük müharibədə fərariliyə görə 3 hərbçi həbs edilib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, bunlar batalyon komandirinin müavini mayor A.S., tağım komandirləri, leytenantlar V.T. və fərdi öhdəliklərini yerinə yetirməkdən imtina edən R.G.-dir.
Hazırda araşdırmalar davam etdirilir.