EN

İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir

"Ermənistan ona hələ də təhvil verilməyən silahların alınması üçün köçürülmüş vəsaitin hesabına Rusiyaya olan borcun bir hissəsinin silinməsi imkanlarını nəzərdən keçirir".

Oxu.Az xəbər verir ki, bu sözləri Ermənistanın maliyyə naziri Vahe Ovannisyan deyib.

O qeyd edib ki, satınalma həyata keçirilsə də, çatdırılmaların bir hissəsi tamamlanmayıb, bəziləri isə gecikib.

"Təchizat məsələlərinə Müdafiə Nazirliyi cavabdehdir, ona görə də məndə bütün detallar yoxdur. Ancaq mövcud borcun bir hissəsinin yenidən hesablanması ilə bağlı dialoq gedir, lakin bu proses məxfi xarakter daşıyır", - deyə Vahe Ovannisyan qeyd edib.
Chosen
9
4
sherg.az

5Sources