EN

Qəzadan sağ çıxan sərnişin:"Baş stüardessa sona qədər təmkinini qorudu" - VİDEO

AZAL-ın qəzaya uğrayan təyyarəsində hadisədən öncə "Kəlmeyi-şəhadət" gətirən kişi sağ qalıb.

Avtosfer.az “Baku.ws”a istinadən xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Kadrlarda kişi stüardessanın şücaətindən bəhs edir. O, bildirib ki, baş təyyarə bələdçisi sona qədər özünü itirməyib və bütün təlimatları sərnişinlərə çatdırıb:

"Təəssüf ki, onun sağ qalıb-qalmaması barədə xəbərim yoxdur"- , deyə həmin şəxs vurğulayıb.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Chosen
18
7
avtosfer.az

8Sources