EN

“Embraer” AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığə verib

Bakı. Trend:

“Embraer” şirkəti “Azərbaycan Hava Yolları” QSC-yə məxsustəyyarənin Aktau şəhərində qəzaya uğraması nəticəsində çox saydainsanın ölməsi ilə bağlı başsağlığı verib.

Trend xəbər verirki, bu barədə şirkətin bəyanatında deyilir.

“Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Embraer 190”təyyarəsinin qəzaya uğraması bizi dərindən kədərləndirdi. Buhadisənin qurbanlarının ailələrinə, dostlarına, həmkarlarına vəyaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz vəziyyəti yaxındanizləyirik və müvafiq orqanlara dəstək verməyə hazırıq”, - şirkətinbəyanatında deyilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Chosen
15
10
az.trend.az

10Sources