EN

“Embraer” şirkətindən təyyarə qəzası ilə bağlı bəyanat

Təyyarə istehsal edən “Embraer” şirkəti Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı səlahiyyətli qurumlarla əməkdaşlığa hazır olduğunu bildirib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilib.

“Bu hadisədən zərərçəkmişlərin ailələrə, dostlara, iş yoldaşlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz vəziyyəti izləyirik və səlahiyyətli orqanlara dəstək verməyə tamamilə hazırıq”, – məlumatda vurğulanıb.

Chosen
22
50
konkret.az

10Sources