EN

Təyyarə qəzasında xəsarət alan 9 nəfər ölkələrinə yola salındı - FOTO

Qəza zamanı xəsarət alanlara yardım göstərmək üçün Rusiyadan fövqəladə tibb mərkəzinin təyyarəsi Aktauya gedib.  

Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

Manqistau vilayət administrasiyasının verdiyi məlumata görə, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 rusiyalı ilə birlikdə yenidən Moskvaya uçub.

Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə Aktauda hökumət komissiyası da  fəaliyyət göstərir.

Manqistau vilayətinin rəhbəri Nurdaulet Kilybay qeyd edib ki, ölən və yaralananların ailələrinə dövlət tərəfindən lazımi dəstək göstərilir.

  • Təyyarə
  • Təyyarə
  • Təyyarə
Chosen
6
1
avtosfer.az

10Sources