EN

Kremldən təyyarə qəzası ilə bağlı açıqlama

“Hazırda istintaqın getdiyi bir vaxtda Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyələr qurmaq düzgün deyil. Bunu heç kim etməməlidir, Kreml də etməyəcək”.

News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə deyib.

"Hər hansı bir aviasiya hadisəsi xüsusi aviasiya orqanları tərəfindən araşdırılmalıdır. İstintaqın nəticələrindən əvvəl hər hansı bir fərziyyə qurmaq düzgün olmazdı və biz, əlbəttə ki, bunu edə bilmərik və bunu heç kim etməməlidir", - deyə Kreml nümayəndəsi bildirib. 

Peskov xatırladıb ki, bir gün əvvəl MDB-nin qeyri-rəsmi sammiti zamanı Rusiya prezidenti Vladimir Putin həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Aynurə

Chosen
21
50
news24.az

10Sources