Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammitinə Qazaxıstanda AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verərək başlayıb.
“İki sahil” Rusiya mediasına istinadla xəbər verir ki, o, hadisə nəticəsində xəsarət alanların tezliklə sağalacağına ümid etdiyini qeyd edib.
Onun sözlərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi tibbi heyət və lazımi avadanlıqlarla Aktauya qəza yerinə göndərilib.