EN

Qara qutularla bağlı iş Braziliyadan mütəxəssislər gəldikdən sonra başlayacaq - Nazir müavini

Aktauda qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsinin qara qutuları ilə işlərə dekabrın 27-də Braziliyadan mütəxəssislər gəldikdən sonra başlanacaq.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini və Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev məlumat verib.

“Alqoritm, standartlar var və bütün ölkələr onlara əsasən addım atırlar. İlk növbədə, vəziyyətə və bütün məlumatlara əsaslanaraq, təyyarə qəzasını araşdırmaq üçün komissiya yaradılır və qara qutularla bağlı nə etmək lazım olduğuna o qərar verir. Hazırda bu proses gedir - fraqmentlər və detallar toplanılır. İstehsalçı ölkə Braziliyadan olan mütəxəssislər sabah gələcək, aviadaşıyıcının öz nümayəndəsi sabah gələcək. Bütün bu insanlar bir araya gələndən sonra qara qutunun necə deşifrə edilməsinə qərar veriləcək”, - o deyib.

Chosen
4
14
avtosfer.az

10Sources