EN

Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

Image

Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində yaralanan daha 7 Azərbaycan vətəndaş “Yeni Klinika”ya gətirilib.

Trend xəbər verir ki, yüngül xəsarətlər alan vətəndaşlarımız AZAL-ın xüsusi reysi ilə Bakıya gətiriliblər.

Qeyd edək ki, bir qədər öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan daha 7 Azərbaycan vətəndaşı və həlak olan 4 nəfərin nəşi Aktau şəhərindən Bakıya gətirilib.

Bir neçə saat əvvəl isə qəzada ağır yaralanmış 7 Azərbaycan vətəndaşı FHN-nin xüsusi təyyarəsi ilə ölkəyə gətirilib. Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.

Onlar da “Yeni Klinika”ya yerləşdirilib.





Chosen
6
6
baki-xeber.com

2Sources