EN

Əsas sual başqadır: Kim vurulan təyyarənin izinin itirilməsini və Xəzərdə batmasını istəyib?

Rusiya Prezidenti Vladimir Putin Bakı-Qroznı təyyarəsinin qəzaya nəyin səbəb olduğunu ilk dəqiqələrdə bilməmiş deyildi.

Rusiya Müdafiə Nazirliyi sərnişin təyyarəsinin “səhvən” vurulmasıyla bağlı hesabatı qəzanın ilk saatlarında Kreml sahibinə çatdırıb. Böyük ehtimalla Putin həmin saatlarda MDB dövlət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitini açarkən, Bakı-Qroznı təyyarəsinin rusiyalı hərbçilər tərəfindən vurulduğunu bilirdi. Əsas sual başqadır: Sərnişin təyyarəmiz “səhvən” vurulduqdan sonra onun Qroznı yaxınlıqdakı hava limanlarından birinə enməyə icazə verilməməsini kim əmr edib? Kim vurulan təyyarənin izinin itirilməsini və Xəzərdə batmasını istəyib? Bu əmr Qroznıdakı yüksək rütbəli hərbçilər tərəfindən verilə bilməzdi. İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir. Bu bağışlanası hadisə deyil.

Elxan Şahinoğlu

visiontv.az



Chosen
8
4
visiontv.az

7Sources