Türkiyəli mütəxəssis Fatih Terimin yeni iş yeri rəsmən müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı Səudiyyə Ərəbistanında çalışacaq.
Terim “Əl-Şabab”ın baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 71 yaşlı mütəxəssislə 6 ay+1 illik müqavilə imzalanıb.
Onun bu klubda qazancı da bəlli olub. F.Terim 6 ay üçün 1,6 milyon avro (2 milyon 800 min manat) əldə edəcək.
Qeyd edək ki, Fatih Terimin son iş yeri Yunanıstanda “Panatinaikos” klubu olub.