AZ

Fatih Terimin yeni iş yeri bilindi - 3 milyona yaxın qazanacaq

Türkiyəli mütəxəssis Fatih Terimin yeni iş yeri rəsmən müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı Səudiyyə Ərəbistanında çalışacaq.

Terim “Əl-Şabab”ın baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 71 yaşlı mütəxəssislə 6 ay+1 illik müqavilə imzalanıb.

Onun bu klubda qazancı da bəlli olub. F.Terim 6 ay üçün 1,6 milyon avro (2 milyon 800 min manat) əldə edəcək. 

Qeyd edək ki, Fatih Terimin son iş yeri Yunanıstanda “Panatinaikos” klubu olub.

 

Seçilən
92
14
qafqazinfo.az

10Mənbələr