EN

Abdullah Ağar: Quş dəstəsinin bunu etməsi mümkün deyil

İkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Bu barədə "Caliber" redaksiyası etibarlı hökumət mənbələrindən məlumat əldə edib.

Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib.

Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib. Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır.

Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib. HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır.

Rusiya KİV-lərində yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məqsədyönlü dezinformasiyadır. Təyyarənin salonundan olan video görüntülər iki sərnişinin qəlpələrdən yaralandığını göstərir. Bütün şahid ifadələri, o cümlədən təyyarə xaricində eşidilən partlayışlarla bağlı ifadələr HHM-in işini göstərir.

Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf edəcəyini, Azərbaycan xalqından rəsmi üzr istəyəcəyini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparacağını gözləyir.

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Türk asker ve güvenlik uzmanı Abdullah Ağar “Sherg.az”a bildirib ki, can Azərbaycanın sərnişin təyyarəsinin şübhəli şəkildə vurulması ilə bir çox qardaşımız vəfat edib. Hər kəs hadisənin necə olduğu sualının cavabını axtarır:

“İlk növbədə qeyd edtmək lazımdır ki, Rusiya-Ukrayna arasında bir savaş gedir və müharibənin səbəb olduğu bir gərginlik var. Ukrayna tərəfi Kadirov rəhbərliyindəki çeçenlərin savaşa daxil olmaları səbəbindən Çeçenistanın kritik nöqtələrini uzaqmənzilli silahlarla vurur. Yəni Çeçenistan da Rusiya-Ukrayna müharibəsinin tərkib hissəsinə dönüşüb. Ruslar isə Çeçenistanı qorumaq məqəsdilə oraya HHM-lər göndərərək Kadirovun tabeliyinə veriblər. Çeçenistana gedən Azərbaycan sərnişin təyyarəsinin də savaşın ortasında qalaraq vurulduğu görünür. Bu təyyarədə yerə dəyməmişdən əvvəl çəkilən görüntülərdə də özünü göstərir. Görüntülərdə təyyarənin içində yaralı şəxs və zəminində bəzi HHM raketlərinin hücumundan qaynaqlana biləcəyi ehtimal edilən dəliklər müşahidə edilir. Digər tərəfdən təyyarənin quyruq tərəfindən çəkilən görüntülərdə də parçalanmaların olduğu müşahidə olunur. Hətta qəzadan sonra çəkilən videolarda çırpılmadan qaynaqlanmayan və daha öncədən olduğu dəyərləndirilən dəliklərə rast gəlinir. Orta gücdə olan HHM raketlərinin parçalama gücünü bilən ekspertlər qəzanın hücumdan qaynaqlandığını düşünürlər. Çünki quş dəstəsinin bunu etməsi mümkün deyil. Bu konteksdən yanaşdıqda ağıla gələn ən güclü ehtimal hava gəmisinin HHM sistemlərinin raketləri tərəfindən vurulmasıdır. 

A.Ağar qeyd edib ki, bəzi suallara cavab tapmaq lazımdır:
“Birincisi sual sərnişin təyyarəsinin HHM-lər aktiv olan bir sahəyə girişinə niya icazə verilməsidir. Burada bir təcrübəsizliyin, xətanın, yoxsa qəsdin və saxta bayraq əməliyyatının olduğu müəmmadır. Bunu düşünmək məcburiyyətindəyik. Çünki 2018-ci ildə Suriyada oxşar bir hadisə baş vermişdi. Rusların kəşfiyyat təyyarəsi İsrail tərəfinin texniki müdaxilə ilə Rusiyanın özü tərəfindən vurulmuşdu. Digər tərəfdən başqa bir oxşar hadisə da var. Bu da İranın gərginlik anında öz hava sahəsindən qalxan Ukrayna təyyarəsini vurmasıyla nəticələnmişdi. Belə bir hadisənin olma ehtimalı da güclüdür. Eyni zamandə sərnişin təyyarəsinin niyə yaxındakı hava limanlardan birinə enməyə icazə verilmədiyi və Xəzər dənizini aşmağa məcbur qaldığı da hələ məlum deyil. Bütün bunların dəqiqliklə araşdırılması və əsl günahkarın tapılaması çox vacibdir. Çünki Ukrayna münaqişəsi başlayandan bu yana çox saxta bayraq əməliyyatlarına şahidlik etmişik”,

Ekspert əlavə edib ki, hadisənin Azərbaycanın yürütdüyü balanslı siyasəti sabotaj etmək üçün planlanmış olduğu da gözardı edilməməlidir:
“Ona görə də hadisənin araşdırılması və günahkarların tapılması siyasət və strategiya baxımından böyük dəyər daşıyır. Həmçinin burada beynəlxalq hüququn və insani dəyərlərin də qətiyyən kənara qoyulmaması önəmlidir. Çünki hadisə zamani xeyli insan həyatını itirib”.
Chosen
23
sherg.az

1Sources