EN

Nazir: "Azərbaycan beynəlxalq məsləhətçiləri təyyarə qəzasının araşdırma prosesinə cəlb edib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma prosesindən danışıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, o, təyyarənin ən optimal eniş etdiyini vurğulayıb:
"Bunun nəticəsində də təyyarədə olan sərnişinlərin əksəriyyəti xilas edilib. Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var".
Nazir "Embraer" şirkətinin iki mütəxəssisinin hadisə yerində və araşdırma qrupuna cəlb olduğunu əlavə edib:
"Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar".
Chosen
7
7
oxu.az

8Sources