Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiya vətəndaşlarına qarşı məhdudiyyətlər tətbiq etmək bəyanatına münasibət bildirib.BUTA.TV xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib. “Bu cür dəyişikliklər etmək Bakının hüququdur”, - o bildirib. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, yaxın vaxtlarda Azərbaycanda Rusiya vətəndaşlarının qalma qaydaları dəyişdiriləcək. O əlavə edib ki, bu qərar əcnəbilərin Rusiyada qalma qaydalarına edilən dəyişikliklərlə bağlıdır.