EN

"Ali məktəblərdə semestr imtahanları test üsuluna keçməlidir"

“Yaxın illərdə ali təhsil müəssisələri semestr imtahanlarını test üsulu ilə keçirməlidir”.TehsilForumu.Az xəbər verir ki, bu sözləri AzEdu.az-a təhsil eksperti Elçin Əfəndiyev bildirib.“Hazırda ali təhsil müəssisələrində semestr imtahanları başlayıb. İmtahanlar ənənəvi qaydada keçirilir, yəni suallar əvvəlcədən tələbələrə təqdim olunur və həmin sualların bir neçəsi onların qarşısına çıxır. Bəzi ali təhsil müəssisələrində isə imtahan test üsulu ilə təşkil edilir”.E. Əfəndiyev qeyd edib ki, test üsulu daha əlverişli modeldir, çünki bu format tələbələrin bilik və bacarıqlarını daha obyektiv şəkildə nümayiş etdirməyə imkan verir:“Bilet üsulu ilə keçirilən imtahanların formatı artıq dəyişdirilməlidir. Tələbələrə semestr ərzində keçdikləri mövzuları əhatə edən 75-90 sual təqdim olunur. Təqdim olunan suallardan yalnız 5-i onların qarşısına çıxır. Bu üsul tələbələrin semestr imtahanına daha yaxşı hazırlaşmasına müəyyən dərəcədə kömək etsə də, eyni zamanda çətinliklər yaradır. Məsələn, tələbə bir neçə fənn üzrə hər birində 75-90 suala 3-4 gün ərzində hazırlaşmalı olur ki, bu da çox vaxt və enerji tələb edir”.

Chosen
34
1
tehsilforumu.az

2Sources