EN

Quş qripindən ilk ölüm

ABŞ-də H5N1 tipli quş qripindən ilk ölüm halı Luiziana ştatında qeydə alınıb. 

Söz.az xəbər verir ki, bu barədə "RİA Novosti" yerli səhiyyə departamentinə istinadən məlumat yayıb. 

Məlumata görə, xəstə 65 yaşlı şəxsdir. Onun sözügedən virusla yanaşı digər xəstəlikləri də olub.

Bildirilib ki, o, çöl və ev quşları ilə təmasdan sözügedən virusa yoluxub. 

Chosen
55
6
soz.az

10Sources