Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələ baş verib.
"Unikal" Sinxua agentliyinə istinadən xəbər verir ki, təbii fəlakətnəticəsində 36 nəfər həlak olub.
"2025-ci il yanvarın 7-də səhər saatlarına olan məlumata görə, Dinqri rayonunda 36 nəfər həlak olub, 38 nəfər yaralanıb, 1000-dən çox ev uçub", - agentlik qeyd edib.
Qeyd olunur ki, Tibetdə 5 kilometr radiusda yeddi kənd var.
Məlumatına görə, Çin hakimiyyəti zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə nəzarət etmək üçün yeraltı təkanlar bölgəsinə 1,5 mindən çox işçi qrupu göndərib.
Gülayə Mecid