EN

Suraxanıda yeniyetməni avtomobil vurub

Bakının Suraxanı rayonunda 11 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü Ə.Əliyeva yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
45
13
avtosfer.az

10Sources