EN

Portuqaliyalı futbolçu həbs olundu

Ruben Semedunun həyatına növbəti qara səhifə yazılıb. Portuqaliya yığmasının hazırda Qətərin “Əl-Xor” klubunda çıxış edən sabiq futbolçusu həbs edilib.

“Correio da Manha” qəzetinin yaydığı məlumata görə, onun saxlanılmasına səbəb məişət zorakılığına əl atmasıdı. 30 yaşlı Ruben Lissabonda sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə qalmağa məcbur edib. Bundan sonra qız xəstəxanaya yerləşdirilib. Onun Semedu tərəfindən döyüldüyü də ortaya çıxıb. Sevgilisi futbolçudan şikayət edib və nəticədə Ruben həbs edilib.

Məlumunuz olsun ki, Semedu dəfələrlə cinayət törətməkdə ittiham olunub. O, 2021-ci ildə azyaşlı qıza təcavüz etməkdə şübhəli bilinmişdi. 2018-ci ildə İspaniyada gecə klubunun işçisini silahla hədələdikdən sonra həbs olunmuşdu. O, həmin il adam oğurluğu və adam öldürməyə cəhddə də ittiham edilib, lakin həbs cəzasından yayınıb.

Chosen
40
1
football-plus.az

4Sources