EN

“Tramp İrəvana yox, Bakıya üstünlük verəcək” - Məşhur “Srtatfor”-dan maraqlı proqnozlar

“Ermənistan və Azərbaycan sülh danışıqlarında öz mövqelərini möhkəmləndirmək məqsədilə xaricdən dəstək axtardıqları üçün Cənubi Qafqaz geosiyasi təsir uğrunda döyüş meydanı olaraq qalacaq”.

“AzPolitika” xəbər verir ki, məşhur “Stratfor” Qlobal Analitik Məlumat Şirkətinin hesabatında belə deyilir.

“Startfor” mütəxəssislərinin və məbnbələrinin fikrincə, İrəvan və Bakı çox güman ki, bu il sülh sazişinə doğru irəliləyəcəklər, lakin Ermənistanda konstitusiya dəyişiklikləri, sərhədlərin tam demarkasiyası və tranzit əlaqələrinin açılması ilə bağlı fikir ayrılıqları 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq: “Bu məsələlərin bəziləri sonrakı razılaşma üçün təxirə salına bilər, lakin razılıq əldə olunana qədər Bakı danışıqlarda rıçaqları saxlamaq üçün hərbi üstünlüyündən istifadə edə bilər… Hər iki tərəf danışıqlarda təsir rıçaqlarını qoruyub saxlamaq üçün xarici dəstəkçilər axtaracaq. Azərbaycan və Ermənistan Rusiyanın Ukraynadakı güclü təsirini və Rusiyayönlü Gürcüstan hökumətinin mövcudluğunun yaxın illərdə Kremlin Cənubi Qafqaza təsir imkanlarını artırması kimi qiymətləndirərək, Moskvaya qarşı düşmənçilikdən çəkinəcəklər.

Ermənistanın ABŞ-dən güclü dəstək almaq cəhdləri puça çıxacaq. Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirinə regional tarazlıq kimi Bakı ilə güclü münasibətlərə üstünlük verir.

Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa İttifaqı ilə ticarətin artırılmasına can atacaq. Ermənistan Qərblə artan bu siyasi və müdafiə əlaqələrindən istifadə edərək sülh danışıqlarında Bakının ən güclü tələblərinə, yəni Ermənistanın cənubundan tranzit keçməsinə qarşı çıxmağa çalışacaq”.

“AzPolitika.info”

Chosen
55
1
azpolitika.info

2Sources