EN

Sony-nin ilk elektrik avtomobili SATIŞA ÇIXARILDI

Beş illik elektrik avtomobil işindən sonra Sony nəhayət ilk avtomobilini istifadəçilərə təqdim etməyə hazırdır.

News24.az xəbər verir ki, Sony və Honda Mobility ilə əməkdaşlıqda hazırlanan və bir müddət Vision-S adı ilə tanınan avtomobil indi Afeela 1 adı ilə satışa çıxarılıb. Sony-nin verdiyi açıqlamaya görə, ön sifarişlər başlayıb, lakin müştərilər çatdırılma üçün bir az daha gözləməli olacaqlar.

Afeela 1 iki fərqli modeldə təqdim olunacaq: Origin və Signature. Origin modelinin qiyməti 89 min 900 dollar olduğu halda, daha lüks xüsusiyyətləri olan Signature modeli 109 min 900 dollara satılacaq. İlk olaraq Kaliforniyada satışa çıxarılacaq avtomobillər 2026-cı ilin ortalarında ilk növbədə Signature modelinin təhvil verilməsi ilə istifadəçilərlə görüşəcək. Origin modelinin tədarükü 2027-ci ildə başlayacaq.

Qeyd edək ki, hər iki model Sony-nin innovativ texnologiyalarına malikdir. Afeela Intelligent Drive adlı Level 2+ avtonom sürücülük sistemi, avtomobildə şəxsi köməkçi, 3D xəritələr, məkan audio texnologiyası və 5G bağlantısı kimi xüsusiyyətlər standart olaraq təklif olunur. Üç illik xidmət abunəsi də qiymətə daxildir. Bu abunəlik əyləncə proqramlarından tutmuş qabaqcıl sürücülük yardım sistemlərinə qədər bir çox xidmətləri əhatə edir.

Afeela 1 təkcə texniki xüsusiyyətləri ilə deyil, həm də şık və müasir interyer dizaynı ilə diqqət çəkir. Sony avtomobilin həm sürücülük, həm də sərnişin təcrübəsini maksimum dərəcədə artırmağı hədəfləyir. Avtomobilin son versiyası haqqında daha ətraflı məlumat bu həftə keçiriləcək tədbirdə paylaşılacaq.


Günel Məlikzadə


Chosen
27
news24.az

1Sources